Cənubi Koreya Şimalın görüş təklifini qəbul edib

21:02 - 13 Yanvar 2018 - DÜNYA

Seul Pxenyanın Şimali Koreyadan Cənubi Koreyaya bir qrup artistin səfəri ilə bağlı yanvarın 15-də işçi görüşünün keçirilməsi haqqında təklifini qəbul edib.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik İşləri Nazirliyinin məlumatında deyilir.

 

Məlumatda bildirilir ki, Cənubi Koreya Pxanmunc neytral məntəqəsinə görüş üçün öz nümayəndə heyətini göndərəcək.

Xəbər xətti