Ana səhifə
25 İyun 2018

“Qarabağ” dünya reytinqində irəlilədi - Qurbanovla Qriqorçuk gerilədi

Dünyanın ən güclü klublarının reytinqi açıqlanıb.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən  xəbər verir ki,  “clubworldranking” saytının açıqladığı siyahıda Azərbaycanın 4 klubu yer alıb.

 

Onların arasında ən yüksək reytinqə malik “Qarabağ” ötən ilin son siyahısında eyni xalla 542-ci olsa da, bu dəfə 1 pillə irəliləyərək 541-ci yerdə qərarlaşıb.

Ağdam təmsilçisinin aktivində 1169 xal var.

 

Digər klublarımızdan “Keşlə” 781-ci, “Qəbələ” 822-ci, Zirə isə 844-cü pillədə yer alır.

 

Məşqçilərin reytinq cədvəlində də dəyişikliklər olub. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, 2017-ci ilin son cədvəlində 482-ci olsa da, bu dəfə geriləyib. O, hazırki siyahıda 483-cüdür.

 

“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da ötən siyahı ilə müqayisədə geriləyib. 2017-ci ilin son cədvəlində 949-cu olan Ukraynalı mütəxəssis hazırda 954-cüdür.

 

Ötən il siyahıda yer alan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə artıq siyahıda yoxdur.  

Tarix
13 Yanvar 2018 [14:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin