Ana səhifə
16 İyul 2018

Həkimə pul “atanlar” hökmdən şikayət etdi

“Baku Medical Plaza”nın həkiminə pul “ataraq” dələduzluq etməkdə təqsirləndirilənlər - 1978-ci il təvəllüdlü Adil İbrahimov və keçmiş məhkum, 1987-ci il təvəllüdlü Tərlan Comərdov barələrindəki hökmdən narazı qalıblar.

 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən bildirir ki, T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunur. T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün daha əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

T.Comərdov tikinti işə ilə məşğul olan Adil Həsənovun vergi problemlərini həll etmək üçün A.İbrahimovla tanış edib və onu vergilər nazirinin keçmiş birinci müavini Natiq Əmirovun müşaviri kimi təqdim edib. A.Həsənov bu işin həll edilməsi üçün A.İbrahimova 123 min manat verib.

 

Keçmiş polis əməkdaşı olan Fikrət İbrahimovla tanış olan A.İbrahimov özünü prezidentin keçmiş köməkçisi Əli Əsədovun mühafizə xidmətinin rəisi kimi tanıdıb. F.İbrahimov  ondan xahiş edib ki, Ə.Əsədov özünün  tikinti şirkəti üçün qapı-pəncərəni ondan alsın. A.İbrahimov bu xahişi “həll edib” və F.İbrahimovdan 94 min manatlıq qapı-pəncərə alaraq satıb.

 

Zərərçəkmişlərdən biri Feyzulla Qasımov “Baku Medical Plaza”da baş həkimin müavinidir. O, ifadəsində bildirib ki, özünü Əli Əsədovun adamı kimi təqdim edən Alim İbrahimov onun dostunun qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürüb və pulunu ödəməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun hökmü ilə Alim İbrahimov 9 il, Tərlan Comərdov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Hər iki şəxs hökmdən apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyiblər. Onların şikayəti üzrə məhkəmə prosesinin ilkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə yanvarın 18-də keçiriləcək.

Tarix
13 Yanvar 2018 [10:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin