Ana səhifə
25 İyun 2018

“İlk oyundan öncə tam hazır vəziyyətə gələcəm” - “Qəbələ”nin futbolçusu

Uzun müddətdir zədə üzündən komandadan ayrı düşən "Qəbələ"nin futbolçusu Dion Malone hazırda Antalyada olsa da, kollektivdən ayrı bərpa prosesi keçir.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Qəbələ TV-yə müsahibəsində bildirib ki, gündəlik fərdi məşqlərlə kifayətlənir, yanvarın 22-sindən isə komanda ilə birgə çalışacağına ümid edir.

 

"8 həftə əvvəl "Neftçi" ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim. Və sonra bərpa olunmaq üçün məşqlərə başladım. İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçi ilə gərgin çalışıram. Bu gün ilk dəfə meydanda məşqlərə başlayacam.Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, 21-22 yanvarda məşqlərdə komandaya qoşulacam. Və ilk oyundan öncə tam hazır vəziyyətə gələcəm" - deyə o bildirib.

 

Tarix
13 Yanvar 2018 [10:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin