Ana səhifə
14 Noyabr 2018

Kukla Teatrı sağlamlıq imkanları məhdud uşaqları sevindirdi- Fotolar

Uşaqların mənəvi-estetik zövqünün formalaşması ilə yanaşı xeyriyyə aksiyaları, sosial layihələr, balacaların cəmiyyətə inteqrasiyasına yönələn işləri də əsas missiyası hesab edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir tədbiri reallaşdırdı.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, yanvarın 12-də teatrın bir qrup aktyoru və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun yetirmələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində oldular. 

Paytaxtın digər xüsusi tipli mərkəzləri və uşaq evlərində keçirilən tədbirlərinin davamı olan bu layihə də mərkəzdə məskunlaşan uşaq və yeniyetmələrin böyük sevincinə səbəb oldu. Repertuardakı tamaşalardan seçilmiş səhnəciklərin nümayişi uşaqlara xoş anlar yaşatdı, aktyorlar Rəhilə İbadova, İqbal Əliyev, Cavid Telman və digərlərinin çıxışları alqışlarla qarşılandı.
“Oyuq” teatr-studiyasının istedadlı yetirmələri Selcan Xatun, Aylin Nəcəfli, Nazan Qafarova, Selcan Rzayeva, Ağa Şeydayev, Fərəh Hüseynovanın ifa etdikləri rəngarəng mahnılar, nümayiş etdirdikləri rəqslər həmyaşıdlarının sevincinə səbəb oldu.

Qeyd edək ki, bu teatrın fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına xidmət edən “Əlimdən tut” adlı sosial-maarifləndirici aksiyasının davamı idi.

 

Tarix
12 Yanvar 2018 [17:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin