Ana səhifə
21 Yanvar 2018

Rusiyadan Azərbaycanla bağlı hesabatına görə ABŞ-a - Sərt reaksiya

Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr siyahısına daxil etməsinə münasibət bildirib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən  xəbər verir ki, XİN nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, buna səbəb Azərbaycanın bir neçə beynəlxalq idman, mədəniyyət yarışlarına uğurla ev sahibliyi etməsi olub:

“Bunu o adamlar yaza bilər ki, heç vaxt Bakıda olmayıblar. Mən dəfələrlə və böyük məmuniyyətlə Azərbaycana səfər etmişəm. Bakını gəzmişəm, tarixi mərkəzlərə, restoranlara, muzeylərə getmişəm. Turistlərə Bakıya getməməklə bağlı xəbərdarlıq etmək tam cəfəngiyyatdır. 

Bunu o adam yaza bilər ki, Azərbaycan, onun mədəniyyəti, siyasi reallığı haqda təsəvvürü yoxdur. O insanlar çətin ki, Azərbaycanın xəritədə harada yerləşdiyini tapa bilsinlər”. 

Tarix
12 Yanvar 2018 [16:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ