Ana səhifə
17 Dekabr 2018

“Qarabağ”ın futbolçusuna 1 milyon avro qiymət qoyuldu

Norveç millisinin üzvü Tarik Elyunussi “Qarabağ”dan ayrılmaq üzrədir. İcarə əsasında Ağdam təmsilçisində çıxış edən 29 yaşlı futbolçu yaxın günlərdə klubun sıralarını tərk edə bilər. 
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, "atlılar"ın əsas komandasında heyətə düşə bilməyən yarımmüdafiəçi İsveçin AİK klubu ilə anlaşıb.  Futbolçunun müqavilə ilə məxsus olduğu "Olimpiakos" klubunun bu transfer üçün AİK-dən 1 milyon avro təzminat istədiyi bildirilib. Yaxın günlərdə danışıqların yekunlaşacağı gözlənilir.
 

Qeyd edək ki, uzun müddətdir zədəli olan Norveç millisinin üzvü ötən ilin yayından çıxış etdiyi "Qarabağ"da  cəmi 8 oyun keçirib.

Tarix
12 Yanvar 2018 [14:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin