Ana səhifə
23 Sentyabr 2018

Ulduzlar qaranı ağla əvəz etdilər - Fotolar

Ötən gecə Kaliforniyanın Santa-Monika şəhərində nüfuzlu “Critics Choice” mükafat mərasimi baş tutub.

"Ucnoqta.az"  “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gecədə ən yaxşı kino və televiziya layihələrinin adları açıqlanıb. 

Dəbdəbəli mərasiminin aparıcısı Oliviya Mann olub.  Mükaftalndırmadan əvvəl kino dünyasının tanınmış simaları qırmızı xalça üzərinə çıxaraq kameralara poza veriblər. Onlar arasında son zamanlar çəkisi və Bred Pittdən ayrılmağı ilə gündəmə gələn Ancelina Coli olub. 

Ancelinanın “Ralph & Russo” moda evinə məxsus ağ libası və “Neil Lane” markasına məxsus zinət əşyaları göz oxşayıb. 

Bundan əlavə, özəl tədbirdə Emma Roberts, Diane Kruger, Kate Bosworth, Saoirse Ronan kimi məşhurlar diqqət çəkməyi bacarıblar. 

“Qızıl Qlobus” mükafat mərasimində qara geyinən məşhurların əksəriyyəti, bu dəfə ağ geyimdə mərasimə qatılıblar. Amma onların heç bir sosial mesajı olmayıb. 

Xatırladaq ki, ulduzlar ötən mükafat mərasimində qara geyinərək film sektorunda baş verən cinsi zorakılığıa etiraz etmişdilər. 

Tarix
13 Yanvar 2018 [00:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin