Səudiyyə Ərəbistanından inqilabi qərar — Qadınlar səfərə tək çıxa biləcəklər

23:00 - 12 Yanvar 2018 - DÜNYA

Səudiyyə Ərəbistanında qadınlara sürücülük vəsiqəsi verilməsi barədə qərardan sonra yeni bir addım atılıb.

"Ölkə.Az" xəbər verir ki, 25 yaşdan yuxarı qadınlar yanlarında ailələrinin kişi nümayəndəsi olmadan da səfərə çıxa biləcəklər.
 

Səudiyyə Ərəbistanının turizm və milli miras komitəsinin sədri Ömər Əl Mübarək bu barədə açıqlama verib:

"Turist vizası birdəfəlik giriş icazəsi verəcək və 30 gün müddətinə nəzərdə tutulub". Mübarək qeyd edib ki, viza tətbiqi iş, həcc və ümrə ziyarətlərinə aid edilmir.

Xəbər xətti