Metroda intihar edənin kimliyi bilindi - YENİLƏNİB

10:54 - 12 Yanvar 2018 - HADİSƏ

“Bakı Metropoliteni”nində daha bir intihar hadisəsi qeydə alınıb.
 
"Ucnoqta.az" xəbər verir ki, bu barədə Modern.az-a məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün 09:18-də baş verib:
 
““Həzi Aslanov”  stansiyasından “Dərnəgülə” hərəkət edən qatar “Qara Qarayev” stansiyasına daxil olanda təxminən 60 yaşında kişi özünü qatarın altına atmağa cəhd edib. Amma qatarın altına ata bilməyib. Buna baxmayaraq, qatar onu vurub platformaya atıb. Vəziyyəti ağır idi. Təcili yardım çağırıldı, xəstəxanaya aparıldı”.
 
Qurum rəsmisi intihara cəhd edən şəxsin kimliyinin artıq müəyyən edildiyini də deyib. Bu, 1971-ci il təvəllüdlü Cəlilov Cəmil adlı şəxsdir.

Son məlumata görə, o, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Xəbər xətti