Ana səhifə
23 Sentyabr 2018

8 gün ərzində düşmən 4 itki, 10 yaralı verib — Müdafiə Nazirliyi

"Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb".

"Ucnoqta.az" Azərbaycan Müdafiə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, Ermənistan və işğal altında yerləşən Qarabağda düşmən itkilərinin sayı daim artır. 
 

Nazirlik yalnız rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfinin 32 döyüş və 30 qeyri-döyüş itkisi verdiyini, o cümlədən ermənilərin 100-dək yaralısı olduğunu bildirib. Düşmənin rəsmi məlumatlarını qismən də olsa erməni KİV-ləri yalanlayıb. Belə ki, erməni KİV-lərində bu say 60 olaraq göstərilib. 

Müdafiə nazirliyinin məlumatına görə, həqiqətdə Ermənistan tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır. "Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb", - deyə nazirliyin açıqlamasında bildirilib. 

Tarix
12 Yanvar 2018 [10:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin