Ana səhifə
16 İyul 2018

“Suriyada İŞİD və İranla mübarizə aparılacaq” — ABŞ-dan bəyanat

ABŞ və rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İŞİD terror təşkilatı ilə mübarizəni davam etdirəcək.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Devid Satterfild bildirib. Onun sözlərinə görə, Rusiyanın bəyan etdiyi kimi Suriyada terrorçulara tam qələbə çalınmayıb.
 

“Rusiya Suriyada İŞİD terror təşkilatının tam məğlub olduğu barədə bəyanat verib. Lakin ABŞ və rəhbərlik etdiyi koalisiya qüvvələri hələlik Suriyada tam qələbənin təmin edilməsindən əmin deyil. Hələ də Suriyada İŞİD terroçuları var. ABŞ İŞİD üzərində tam qələbəni təmin etmək üçün mübarizəni davam etdirəcək”, - deyə Devid Satterfild bildirib.
 

ABŞ rəsmisi əlavə edib ki, İŞİD üzərində qələbə çaldıqdan sonra ABŞ ordusunun Suriyadakı mövcudluğunun əsas məqsədi İrana qarşı mübarizə aparmaq olacaq: “Biz İranın Suriyadakı fəaliyyətindən və oradakı fəallığını artırmaq potensialından çox narahatıq”.

Tarix
12 Yanvar 2018 [21:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin