Metroda intihara cəhd

09:52 - 12 Yanvar 2018 - HADİSƏ

Səhər saatlarında metroda intihara cəhd olub.

"Ucnoqta.az" "Ölkə.Az"-a istinadən bildirir ki, hadisə səhər saat 09:18-də qeydə alınıb.
 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin  rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, 28 saylı qatar Həzi Aslanovdan Dərnəgül istiqamətinə hərəkətdə olarkən Qara Qarayev stansiyasında yaşlı kişi özünü qatarın altına atmaq istəyib.
 

Qatar həmin şəxsi vuraraq platformaya atıb.
 

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb.
 

Həmin şəxsin intihar cəhdinin səbəbi bilinmir.

Xəbər xətti