İspaniya mətbuatında Arda Turan barədə iddialı Açıqlama

17:11 - 11 Yanvar 2018 - İDMAN

Messi Ardaya salam vermirmiş

"Barselona"dan ayrılan Arda Turanın Türkiyə Superliqa komandası olan Başakşehirlə razılaşdığı və yaxın günlərdə bunun rəsmi açıqlanacağı bildirilir. Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, illər keçəndən sonra vətəninə dönən Arda Turanla bağlı ispan mətbuatında bir iddia səslənib. Belə ki, türk futbolçunun "Barselona"nın argentinalı ulduzu Messi ilə münasibətlərinin yaxşı olmadığı bilidirlir. İddiaya görə Messi soyunma otağında Ardaya heç salam belə vermirmiş. Buna səbəb isə Ardanın kifayət qədər məşq etməməsi və komandaya lazımi dəstəyi verməməyi göstərilir.

"Barselona"nın texniki direktoru Ernesto valverdenin də Ardaya heç vaxt inanmadığı və buna görə onun komandadan göndərilib, yeddi nömrəli formanın yeni transfer Koutinyoya verəcəyini istəməsi iddialar arasındadır.

Xəbər xətti