Tunisdə üsyan davam edir — 600 nəfər saxlanılıb

16:59 - 11 Yanvar 2018 - DÜNYA

Tunisdə vergi və qiymət artımına görə başlayan etiraz nümayişləri davam edir.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, 3 gündür davam edən etiraz nümayişlərində 600-dən çox tunisli saxlanılıb.
 

2018-ci ilin  1 yanvar tarixindən Tunisdə vergi və qiymət artımı baş verib. Buna səbəb isə büdcə kəsirləridir. Tunis xalqı 3 gündür küçələrə çıxıb etiraz edir.
 

Əlcəzairlə sərhəddə yerləşən Tala şəhərindən başlayaraq, bir sıra şəhərlərdə əsgərlər nizam-intizamı qorumağa başlayıblar. Daxili işlər nazirliyi dünən gecə davam edən nüayişlərdə 300 nəfərin saxlanıldığını, toqquşmalarda 50 polis işçisinin yaralandığını bildirib.

Xəbər xətti