Qəzaya düşən piyada sürücünün avtomobilində keçindi

13:52 - 11 Yanvar 2018 - HADİSƏ

Hadisə ötən gün axşam saat 20 radələrində Nəsimi rayonu ərazisində qeydə alınıb.

"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Rəhimov Tərlan Ataş oğlu idarə etdiyi “Mercedes” markalı 12 BD 423 dövlət nömrə nişanlı avtomobillə yolu keçən paytaxt sakini 968-ci il təvəllüdlü Elçin Fəqan oğlu Məmmədovu vurub.
 

Sürücü yaralını xəstəxanaya çatdırmaq istəsədə o, yolda keçinib. 
 

Nəsimi RPİ tərəfindən cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və sürücü istintaqa cəlb edilib.

Xəbər xətti