Putin ABŞ-ın Qüdslə bağlı qərarını Mahmud Abbasla müzakirə edəcək

23:55 - 11 Yanvar 2018 - DÜNYA

 Fələstin dövlətinin başçısı Mahmud Abbas fevralın ilk yarısında Moskvaya səfər etmək niyyətindədir.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofal bildirib.

O deyib ki, Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və onunla regional məsələləri, Yaxın Şərqdəki vəziyyəti, o cümlədən ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınmasını müzakirə etmək istəyir.

Xəbər xətti