Bakıda avtobusda şok anlar: sərnişin dolu avtobusun qapısı yola düşdü - FOTO

10:30 - 11 Yanvar 2018 - Xəbər

Sərnişinlərin köməyi ilə qapı yerinə salınandan sonra marşrut avtobusu hərəkətinə davam edib

Bakıda sərnişin avtobusu hərəkətdə olarkən qapısı qopub. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə 50 saylı marşrut üzrə hərəkət edən avtobusda qeydə alınıb. Avtobus sərnişinlərlə dolu halda gedərkən ön qapısı qoparaq yola düşüb. Sürücü hərəkəti dayandırıb və sərnişinlərin köməyi ilə qapı yerinə salınandan sonra marşrut avtobusu hərəkətinə davam edib.

Sosial şəbəkədə hadisəni əks etdirən foto paylaşılıb.

Xəbər xətti