Ana səhifə
25 İyun 2018

Ziya Məmmədovun bacısına yeni vəzifə verildi

Ötən ilin sentyabrında öz ərizəsi əsasında Təhsil nazirinin əmri ilə 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunan Məhbubə Məmmədova yeni və daha yüksək vəzifəyə təyin olunub. 
 

"Ucnoqta.az" xəbər verir ki, “AzPolitika.info”ya təhsil sektorundakı mənbədən daxil olan məlumata görə, M.Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.
 

Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova “Tərəqqi” liseyinin direktoru olarkən dəfələrlə rüşvət ittihamları ilə üzləşmiş, bu səbəbdən medianın gündəminə düşmüşdü.

Tarix
11 Yanvar 2018 [10:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin