Bakıda yaşayış binasında yanğın — 7 sakin təxliyə edildi

09:56 - 11 Yanvar 2018 - HADİSƏ

Bakıda yanğın hadisəsi qeydə alınıb.

"Ölkə.Az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Xətai rayonunda dördmərtəbəli yaşayış binasının dəhlizində 15 p.m kabel və 1 ədəd kondisioner yanıb.
 

Yanğın zamanı mənzillərdən 7 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti