Ana səhifə
20 May 2018

Aktyorun unudulmamasına fərqli münasibət…

Səidə Quliyeva: “Əgər serial qüvvətlidirsə,aktyor yadda qalır”

 

Ramiz Novruz: “Elə aktyor var, nə oynayıb, necə oynayıb yadda qalmayıb”

 

Əzizağa Əzizov: “İstedadsız aktyoramsa bir həftədən sonra yaddan çıxacam”

 

Aktyor və aktrisalar həm teatrda, həm də filmdə, həm də seriallarda çəkilirlər. Dünyada bir çox aktyorlar qeyd edirlər ki, aktyoru serial tanıtdırır, amma çəkilmədiyi vaxtda tez unutdurur. Amma teatrda fəaliyyət zamanı aktyoru az tamaşaçı tanısa da, hər zaman ona sadiqdir. Mövzu ilə bağlı “Üç nöqtə”yə danışan xalq artisti Səidə Quliyeva bildirdi ki, aktyorun yaddaşlarda qalması onun güclü oyun tərzindən asılıdır: «Teatr canlıdır. Əgər tamaşa uğurludursa tamaşaçı teatra çox böyük həvəslə gedir və o səhnə daim beynində, yaddaşında qalır. Seriala gəlincə, baxır, hansı serialdan söhbət gedir. Şəxsən mən “Möhtəşəm yüz il”ə baxanda düşünürəm ki, uzun müddət orada oynayan aktyorları, xüsusilə də Süleyman obrazını canlandıran Halit Ergençin obrazını unutmaram. Serialda oyun tərzinə, ssenariyə, aktyora baxır. Əgər serial qüvvətlidirsə, o zaman aktyor yadda qalır. Məsələn, rus serialı olan «Baharın 17-ci anı»nda Vyaçeslav Tixonov oynayırdı, 12 seriyadan ibratət idi. O serial da yadda qalan oldu. Deməli, bu aktyorun qüdrətindən, güclü oyun tərzindən asılıdır. Film, serial, tamaşanın uğurlu alınması aktyorun istedadından, pyesdən, rejissor işindən asılıdır. Bunlarının hamısını birləşdirəndə yaxşı bir iş alınır və tamaşaçı uzun müddət onu unutmur».

                    Ramiz Novruz

 

Xalq artisti Ramiz Novruz tanınmağı, tamaşaçıların yaddaşında qalmağı aktyorun istedadı ilə əlaqələndirdi: “Serial məşhurlaşdırır, yaddaşlara yazır. Tutaq ki, “Möhtəşəm yüz il” serialında iştirak edən Halit Ergençi teatrda heç görməmişik, amma təbii Süleymanı da unudmayacağıq. Elə rollar var. Təbii ki, aktyor teatrda formaşalşır. Serialda yaxşı oynamaq üçün də teatrda daim normada olmalıdır. Teatr aktyora daha sadiqdir. Serialda da aktyor yaddaşlarda qala bilər. Hər şey oyundan, aktyorun istedadından asılıdır. Elə aktyor var, teatrda işləyib, nə oynayıb, necə oynayıb, yadda qalmayıb. O daha çox aktyorun ustalığından, qəbul edilməsindən asılıdır. Ola bilər ki, seriallarda tanıdığımız aktyorlar var, amma teatrda heç görməmişik. Amma yadımızdadır. Tutaq ki, Firəngiz xanımı, serialda və teatrda görməsələr bir Gülnar kimi tanıyırlar. Filmlə, serial ilə yaddaşlarda qalmaq olar».

                   Əzizağa Əzizov

 

Aktyor Əzizağa Əzizov istedadlı aktyorların heç vaxt yaddan çıxmayacağını qeyd etdi: “Teatr bizim üçün məbədgah kimidir. Həmişə orada oluruq. Teatrda oynayan aktyor heç vaxt unudula bilməz. Məsələn, mən Musiqili Teatrda işləyə-işləyə seriala çəkilirəm. Seriala çəkilməsəm müəyyən bir qrup tamaşaçı ekranda görünmürəm deyə yaddan çıxara bilər. Amma başqa bir qrup isə teatrda tamaşalarımıza baxır. Demək olar ki, bütün tamaşalarda oynayıram. Tamaşalar haqqında mətbuatda məlumatlar verilir, ekranda göstərilir. Tamaşaçı görür ki, Əzizağa teatrda fəaliyyət göstərir. Əgər aktyor teatrda deyil, yalnız seriala çəkilirsə, istedadlı deyilsə, bir aydan sonra ekranlarda görsənmirsə unudula bilər.  Amma teatrda varsa, o aktyor unudulmuyacaq. Tamaşalar oynayır, obrazları sevilir”.

Ə. Əziziov onu da dedi ki, dahi sənətkarlar heç vaxt yaddan çıxmır: “Siyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırov, Telman Adgözəlov unudulmur və unudulmayacaqlar. Onlar böyük sənətkarlardır. Məsələn, Əzizağa Əzizov əgər yaxşı aktyor deyilsə, onu istəyirsən səhərdən-axşamacan seriala çək, Musiqil Tetatrda deyil, bütün Azərbaycan teatrlarında aktyorluq eləsin, istedadı olmasa, bir ay ekranda görünməsə, yaddan çıxacaq. Ona görə ki, keyfiyyətsiz aktyor unudulur.  Bu, mənim şəxsi fikrimdir. İstedadsız aktyoramsa teatrda işlədim, işləmədim, serialda çəkildim, çəkilmədim bir həftədən sonra yaddan çıxacam. Ancaq bu adam istedadlıdırsa, sənətkardırsa çəkildi, çəkilmədi unudulmayacaq».

 

 

Rəqsanə

Tarix
27 Noyabr 2014 [23:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin