Ana səhifə
17 Noyabr 2018

Günay Musayeva və Abdulheyə pis xəbər

Türk aktyoru ilə evli olan azərbaycanlı model Günay Musayevanın rol aldığı serial reytinq qurbanı oldu.

 

Ucnoqta.az xəbər verir ki, bu barədə model özü İnstagram səhifəsində məlumat verib. O, bu gün "Bəyaz Qərənfil"in son dəfə efirə çıxacağını deyib. 

"Bəyaz Qərənfil" məcaramız bu axşam sona çatır. Bu gözəl bir iş, möhtəşəm bir heyət idi. Təssüf ki, məlum səbəblərlə bağlı 6-cı seriya ilə ekranlara vida edəcək. 
Dəstək olan hər kəsə, bütün dostlara və izləyən tamaşaçılara sonsuz təşəkkürlər. Hər həftə yolunu gözləyən Azərbaycan tamaşaçılarına da təşəkkürlər. Amma siz yenə də qərənfil qoxusunu unutmayın. Olar? Çünki yetişdirilmək üçün çox əmək sərf edilib. 
Erkən ayrılsaq da sizinlə çalışmaq, tanışmaq gözəl idi. Bu çəkiliş meydançasında ailə istiliyi var idi. Hamınızın yolu açıq olsun". 

Qeyd edək ki, filmin rejissoru və ssenaristliyini "Kurtlar Vadisi Pusu"nun keçmiş komandasından olan Bahadır Özdener və Cüneyt Aysan edib. "Bəyaz Qərənfil"də Günay Musayeva ilə yanaşı adıçəkilən serialda rol alan Kenan Çoban, Hakan Boyav və Ali Sürmeli də rol alıb. 
Film mövsümün ən iddialı seriallarından biri hesab edilirdi.(ANS PRESS)

Tarix
27 Noyabr 2014 [22:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin