Ana səhifə
19 Sentyabr 2018

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?- Açıqlama

Gecə yağan qar nəticəsində bəzi yerlərdə qar örtüyü əmələ gəlib

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb. Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 11-i gündüz saatlarınadək davam edəcək: "Əvvəlcədən xəbər verildiyi kimi, yanvar ayının 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Güclü şimal-qərb küləyi əsib. Bəzi yerlərdə yağış, sulu qar, qar yağıb. Gecə yağan qar nəticəsində bəzi yerlərdə qar örtüyü əmələ gəlib".

Direktorun sözlərinə görə, belə hava şəraiti bu gün də davam edəcək: "Yanvarın 11-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir". 

Tarix
10 Yanvar 2018 [10:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin