Gəncədə məhkəmə işçisini maşın vurub

10:23 - 10 Yanvar 2018 - HADİSƏ

Xəsarət alan şəxs dərhal xəstəxanaya aparılıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, şəhərin Atatürk prospektində, Gəncə Apellyasiya Məhkəməsinin qarşısında piyada Zaur Quliyevi avtomobil vurub. Xəsarət alan şəxs dərhal xəstəxanaya aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, o, Gəncə Apellyasiya Məhkəməsinin işçisidir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti