“Qarabağ”ın legioneri “Qızıl İstedad”a namizədlər siyahısında

23:55 - 9 Yanvar 2018 - İDMAN

Ukraynada ən istedadlı gənc futbolçuya verilən “qızıl istedad” mükafatına namizədlərin adı açıqlanıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Qarabağ”ın U-19 komandasının ukraynalı futbolçusu Yaroslav Deda namizədlər sırasında yer alıb. Mükafata 13 namizəd var. Qalib azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində bəlli olacaq.
 
Qeyd edək ki, 18 yaşlı solaxay vinger “Qarabağ”ın U-19 komandasının heyətində UEFA Gənclər Liqasında 3 qola imza atıb.

Xəbər xətti