Ana səhifə
16 Avqust 2018

Güclü külək olacaq, qar yağacaq - HAVA PROQNOZU

Azərbaycanda yanvarın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yanvarın 10-da hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 10-da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, əsasən şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, Yanvarın 9-u axşamdan 10-u axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 

Tarix
9 Yanvar 2018 [12:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin