“Fərid Nəbiyev bizim tankımız olacaq” - “Slaviya”nın çalışdırıcısı

23:06 - 9 Yanvar 2018 - İDMAN

“Biz Gənclər Liqasının final mərhələsində mövqeyimizi qorumalıyıq. Bu bizim əsas məqsədimizdir”.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Praqa “Slaviya”sının U-21 komandasının baş məşqçisi Pavel Rehak deyib.
 

O bildirib ki, komandada oynayan azərbaycanlı futbolçu Fərid Nəbiyev çox istedadlıdır və lider olacaq: “Qış hazırlığında futbolçularımız daha da irəliləyirlər. Həm fiziki, həm güc, həm də dözümlülük olacağına görə hər şeyin yaxşısına söz verirəm.
 

Bəzi fərdi səhvlərimizdən xallar itirdik. Bəzi futbolçular, xüsusilə Andrey Sintean və Fərid Nəbiyev çox istedalıdırlar. Onlar komandanın tankları olacaq, komandanın liderlərinə çevriləcəklərini düşünürəm”.

Xəbər xətti