Aeroport yolunda qəza — 1 ölü

10:59 - 9 Yanvar 2018 - HADİSƏ

Aeroport yolunda ölən piyadanın şəxsiyyəti məlum olub.

"Ucnoqta.az"  “Ölkə.Az"-a istinadən xəbər verir ki, “Hyundai Santa Fe" markalı 99-XD-702 dövlət nişanlı Quliyev Abuzər Tapdıq oğlunun idarə etdiyi avtomobil aeroport yolunda, keçmiş "Komsomol" dairəsi yaxınlığında yolu keçmək istəyən piyadanı vurub. 

İlkin araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı ev 44-də yaşayan 1968-ci il təvəllüdlü Camalov Sədiyar Abuzər oğludur.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Sürücünün izahatı alınıb, yararsız hala düşən avtomobil cərimə meydançasına yerləşdirilib.

Xəbər xətti