Ana səhifə
24 Fevral 2018

"Beşiktaş" Cenk Tosunun əvəzinə yeni hücumçu transfer edib

Türkiyənin "Beşiktaş" klubu İngiltərə "Everton"una satdığı Cenk Tosunun əvəzinə yeni hücumçu əldə edib.

"Ucnoqta.az"ın "Report"a istinadən verdiyi məlumata görə, "qartallar" kanadalı Kayl Larinlə anlaşıb.

MLS klubu "Orlando Siti"də çıxış edən 22 yaşlı forvardla 3+1 illik anlaşma əldə olunub. Larin tezliklə İstanbula gələrək, rəsmi müqaviləyə imza atacaq. O, yanvarın 10-da yeni komandasının Antalyada toplanışına qatılacaq.

Qeyd edək ki, Yamayka əsilli Kayl Larin ötən mövsüm 28 oyuna 12 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Kanada millisində isə o, 21 matçda 5 dəfə fərqlənib. 

Tarix
8 Yanvar 2018 [22:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ