Türk rejissorun filmi "Qızıl Qlobus" mükafatına layiq görülüb

21:38 - 8 Yanvar 2018 - Mədəniyyət

 Türk rejissor Fatih Akının "İn The Fade" (Paramparça) filmi "Qızıl Qlobus" mükafatına layiq görülüb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, rejissorun "İn The Fade" adlı səhnə əsəri "Xarici dildə ən yaxşı film" nominasiyasında qalib olub.
Almaniya və Fransanın birgə istehsalı olan filmdə baş rolu Diane Kruger ifa edib. Aktrisa "İn The Fade"dəki ifasına görə Kann film festivalının "Ən yaxşı qadın aktyor" mükafatına layiq görülmüşdü.

Xronometrajı 106 dəqiqə olan film alman dilindədir.

Qeyd edək ki, ABŞ-ın Los-Anceles şəhərində 75-ci "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimi keçirilib. "Xarici dildə ən yaxşı film" mükafatı F.Akına təqdim olunub. o, "Qızıl Qlobus" mükafatının 75 illik tarixində mükafat alan ilk türkdür. 

Xəbər xətti