Azərbaycandan Türkiyəyə gedən avtobus Gürcüstanda tamamilə yandı - Foto

10:14 - 8 Yanvar 2018 - HADİSƏ

Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb.
 

Avtobusda 50 sərnişin - müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.
 

Hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.
 

Nəqliyyat vasitəsi tamamilə yanıb.

Fakt araşdırılır.


Xəbər xətti