Saakaşvili prokurorluğa çağırıldı

10:56 - 6 Yanvar 2018 - DÜNYA

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Ukrayna təhlükəsizlik xidmətinin baş idarəsinə çağırılıb.
 

"Ucnoqta.az" xəbər verir ki, Saakaşvili 10 yanvar tarixində ifadə verəcək. Məlumatı "İnterfaks-Ukraina" agentliyinə Odessanın sabiq qubernatorunun vəkili Ruslan Çernolutskiy verib.

 

Vəkilin sözlərinə əsasən, Saakaşvili və onun müdafiəçiləri bir şərtlə ifadə verməyə gedə bilərlər. Bu şərt ifadə verməyə aid olan sənədlərin tam qaydada olması, prosesin qanuna uyğun olaraq həyata keçirilməsidir.

Qeyd edək ki, dekabrın son günlərində də Saakaşvili ifadə vermək üçün Ukrayna təhlükəsizlik xidmətinə dəvət edilmişdi.










//Ölkə.Az//

Xəbər xətti