Qurban Qurbanovun Azərbaycan millisində debüt oyunu açıqlandı

15:42 - 5 Yanvar 2018 - İDMAN

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki,  millimiz yanvarın 30-da Türkiyənin Antalya şəhərində Moldova yığması ilə qarşılaşacaq. Bu matç  Qurban Qurbanovun millimizdə baş məşqçi qismində ilk oyunu olacaq.
 

Xatırladaq ki, yığmamız fevralın 2-də Gürcüstan yığması ilə də yoldaşlıq oyunu keçirəcək.

Xəbər xətti