Ana səhifə
22 Fevral 2018

PSJ Kriştianu Ronaldunu dünyanın ən ödənişli futbolçusu etməyi planlaşdırır

Fransanın PSJ klubu İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldunu dünyanın ən ödənişli futbolçusu etməyi planlaşdırır.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, paytaxt klubu 33 yaşlı forvarda 5 illik müqavilə qarşılığında 300 milyon avro (illik 60 milyon) məvacib ödəməyə hazırdır. Portuqaliyalı futbolçu özü də iş yerini dəyişməyin əleyhinə deyil.

PSJ maliyyə feyr-pleyini pozmamaq üçün bəzi futbolçularını satmalıdır. Fransızlar Ronaldunun transferi zamanı uruqvayılı forvard Edinson Kavanini “Real Madrid”ə təklif etməyi düşünürlər.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər yeni müqavilə bağlayıb. Portuqaliyalının illik qazancı 34 milyon avrodur. Hazırda dünyanın ən ödənişli futbolçusu isə Lionel Messidir. Onun illik maaşı 43 milyon avro təşkil edir. 

Tarix
6 Yanvar 2018 [01:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ