Qalib Arifin oğlunun məhkəməsi başladı — YENİLƏNİB

12:32 - 5 Yanvar 2018 - Ədəbiyyat

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsə hüquqları izah edilib. Tərəflər hakimə, prokurora və digər proses iştirakçılarına etiraz etməyiblər. İclasda zərərçəkmiş şəxslər də iştirak edib. İclasda məlum olub ki, A. Rəhimovun atası Qalib Rəhimov da zərərçəkmiş kimi tanınıb. Belə ki,onun avtonəqliyyat vasitəsinə zərər dəydiyi üçün istintaq zamanı zərərçəkmiş kimi tanınıb. Q. Rəhimov da iclasda iştirak edib. İclasda tərəflər hər hansı vəsatətlə çıxış etməyiblər. Dövlət ittihamçısı cinayət işinin məhkəməyə verilməsini təklif edib. Hakimlər qısa müşavirədən sonra cinayət işi üzrə məhkəmə baxşının yanvarın 12-nə təyin edildiyini elan edib.
 

Qeyd edək ki,ötən il sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə “Subaru” markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.
 

F. Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A. Rəhimov və  1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

A. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

A. Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Xəbər xətti