Şimali Koreya ilə Cənubi Koreya arasında razılıq əldə edildi

22:20 - 5 Yanvar 2018 - DÜNYA

Cənubi Koreya Qış Olimpiya Oyunlarında Şimali Koreyanın iştirak etməsi üçün Pxenyana görüş təklif edib.

"Ucnoqta.az"  xəbər verir ki, Şimali Koreya rəhbərliyi görüş təklifini qəbul edib.

"BBC Türk"-ün xəbərinə əsasən, tərəflərin görüşü 9 yanvar tarixində baş tutacaq. Görüşdə Şimali Koreya idmançılarının Qış Olimpiya Oyunlarında iştirakı müzakirə ediləcək. Qış Olimpiya Oyunları Cənubi Koreyada fevral ayında keçiriləcək.

Şimali Koreya lideri Kim Çen İn Yeni il təbrikində oyunlarda iştirak etmək üçün görüşə hazır olduqlarını bildirmiş, bu oyunların iki Koreya arasında bərabərliyi nümayiş etdirmək üçün əla fürsət olduğunu qeyd etmişdi.

Açıqlama Cənubi Koreyada müsbət qarşılanmış və görüş təklif edilmişdi.















//Ölkə.Az//

Xəbər xətti