"Beşiktaş" klubunun hücumçusu "Everton"a transfer olub

01:45 - 5 Yanvar 2018 - İDMAN

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Cenk Tosun İngiltərə "Everton"una keçib.

"Ucnoqta.az"ın "Report"a istinadən verdiyi məlumata görə, "qara qartallar"a bu keçid üçün 27 milyon avro ödənilib.

İstanbul klubunun prezidenti Fikrət Orman "Everton" rəsmiləri ilə görüşündə əvvəllər təklif olunan məbləği daha 2 milyon avro yüksəltməyə müvəffəq olub. O, transferin həftəsonuna qədər rəsmiləşəcəyini vurğulayıb.

"Everton"un baş məşqçisi Sem Ellardaysın 27 yaşlı hücumçunu "Liverpul"a qarşı yanvarın 5-də keçirəcəkləri İngiltərə Federasiya Kuboku matçında heyətə daxil edəcəyi bildirilir.

Qeyd edək ki, Cenk Tosun “Beşiktaş”a 1 iyul 2014-cü ildə azad agent qismində “Qaziantepspor”dan keçib. O, İstanbul təmsilçisinin heyətində keçirdiyi 114 oyunda 55 qol vurub, 13 məhsular ötürmə verib. Doğulduğu Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarının da formasını geyinmiş forvard “Ayntraxt”ın yetirməsidir. 

Xəbər xətti