Ana səhifə
24 Aprel 2018

“Bu şəhərdə”nin prodüseri: “Onlar bunu bilsinlər ki, ...”

Bir vaxt vardı ki, hamı “Rəfaellə Çoşqun avrad paltarı geyinir”, “reytiniqləri yoxdur” və “onlar Bakıdakı konsertləri zamanı zalı süni yolla doldururlar” deyə müzakirə edirdilər

“Bu şəhərdə” Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərə məcburi bilet satılmasına aydınlıq gətirib. Ucnoqta.az xəbər verir ki, “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov AzNews.az-a açıqlamasında sosial şəbəkələrdə yazılan məlumatları əsassız adlandırıb:

“Konsert çox yaxşı keçib. Bunu yazan səviyyəsiz adamdır. Sosial şəbəkədə kim nə istəyir yazır. Amma biz heç kimə fikir vermirik. Bu gün də konsertin davamı olacaq. İki aydır konsertin reklamı gedir. Bu, necə ola bilər ki, konsertə bilet satılmasın? Allah eləsin, bizi elə həmişə müzakirədə etsinlər. Müzakirə olunmamağımız o deməkdir ki, “Bu şəhərdə”nin sonudur. Bir vaxt vardı ki, hamı “Rəfaellə Çoşqun avrad paltarı geyinir”, “reytiniqləri yoxdur” və “onlar Bakıdakı konsertləri zamanı zalı süni yolla doldururlar” deyə müzakirə edirdilər. Hər bir konsertin özünün xərci var. Bəzi insanların gözü götürmür, paxıllıq edir. Onlar bunu bilsinlər ki, Heydər Əliyev Sarayında ən çox konsert verən “Bu şəhərdə” olub.

Qeyd edək ki,“Bu şəhərdə”nin Lənkəranda baş tutan konsert proqramında məktəblilərə məcburi bilet satıldığı barədə xəbər yayılıb. Şəhər məktəblərində çalışan bir neçə müəllim sosial şəbəkədə paylaşım edərək məlumatın doğru olduğunu qeyd ediblər. Biletlərinin qiymətinin 40 manat olduğu da vurğulanıb.

Tarix
4 Yanvar 2018 [14:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ