Peruda dəhşətli qəza — 51 ölü

11:19 - 4 Yanvar 2018 - DÜNYA

Peruda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

"Ucnoqta.az" xəbər verir ki, hadisə paytaxt Limanın 70 kilometrliyində, "Şeytan döngəsi"ndə baş verib.
 

Sərnişin avtobusu yük maşını ilə toqquşub. Toqquşmadan sonra avtobus 100 metr hündürlükdən dərəyə yuvarlanıb. Avtobusda 50 sərnişin olub.
 

Əvvəlcə 48 nəfərin öldüyü bildirilsə də, son məlumatlara əsasən, həlak olanların sayı 51 nəfərdir.
 

Perunun nəqliyyat naziri Bruno Cuffra bildirib ki, hər iki nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edib.













//Ölkə.Az//

Xəbər xətti