Ana səhifə
22 Oktyabr 2018

Qış vaxtına keçid ləğv olunur?

Azərbaycan Nazirlər Kabineti ölkə ərazisində qış və yay vaxtına keçidin ləğv edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.


Ucnoqta.az xəbər verir ki, hökumətdən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərara uyğun olaraq, 1997-ci ildən Azərbaycanda hər il mart ayının son bazar günü gecə saat 4:00-da əqrəblər bir saat qabağa çəkilməklə ölkə ərazisində yay vaxtına, hər il oktyabr ayının son bazar günü saat 5:00-da isə əqrəblər bir saat geri çəkilməklə qış vaxtına keçilir. Ötən illərdə olduğu kimi, bu il də oktyabrın sonuncu bazar günündə qış vaxtına keçiləcək.


NK-dan deyilib ki, Azərbaycanda qış və yay vaxtına keçidin ləğv edilməsi nəzərdə tutulmayıb və bu məsələ hazırda da hökumətdə müzakirə edilmir.


Qeyd edək ki, artıq Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanla yanaşı, dünyanın Yaponiya, Çin, Cənubi Koreya kimi inkişaf etmiş dövlətləri də yay və qış vaxtına keçidi ləğv ediblər.

 

Tarix
9 Oktyabr 2014 [12:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin