Növbəti Kann Film Festivalının münsiflər heyətinin rəhbəri məlum olub

21:40 - 4 Yanvar 2018 - DÜNYA

Avstraliyalı aktrisa Keyt Blanşett bu ilin may ayında keçiriləcək 71-ci Kann Film Festivalının münsiflər heyətinə rəhbərlik edəcək.

"Ucnoqta.az" "Report"ya istinadən xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb.

Qeyd edək ki, Keyt Blanşett iki dəfə "Oskar", üç dəfə isə "Qızıl qlobus" mükafatlarının qalibi olub. O, karyerası ərzində "Yelizaveta" (1998), "İstedadlı mister Ripli" (1999), "Aviator" (2004) və başqa filmlərdə rol alıb. 

Xəbər xətti