Ana səhifə
19 Dekabr 2018

Avtomobil Yolları Dövlət Agentliyində Təyinatlar

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədrinə müavinlər təyin edilib.

 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, müvafiq sərəncamlara əsasən, Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri təyin edilib. Qeyd edək ki, qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Xatırladaq ki, keçən il oktyabrın 18-də Prezident İlham Əliyevin fərmanı ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib. Həmin fərmana qədər Əvəz Qocayev və Hüsnü Quliyev “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini icra ediblər.

Tarix
3 Yanvar 2018 [11:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin