İlin ən yaxşı futbolçusu- Messi

16:24 - 2 Yanvar 2018 - İDMAN

İspaniyanın məşhur "Marca" nəşri 2017-ci ilin ən yaxşı futbolçularının siyahısını dərc edib. Nəşrin oxucuları arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, ilk pillədə "Barselona"nın hücumçusu Lionel Messi qərarlaşıb. Kriştiano Ronaldo ("Real") ikinci, İsko ("Real") üçüncü olub. İlk onluqda aşağıda adları qeyd olunan futbolçular yer alıb: 1. Lionel Messi ("Barselona") 2. Kriştiano Ronaldo ("Real") 3. İsko ("Real") 4. Harri Keyn ("Tottenhem") 5. Luka Modriç ("Real") 6. Kilian Mbappe (PSJ) 7. Canluici Buffon ("Yuventus") 8. Neymar (PSJ) 9. Serxio Ramos ("Real") 10. Kevin De Bruyne ("Mançester Siti")qol.az

Xəbər xətti