Samuxda evdən pul oğurlanıb

14:24 - 1 Yanvar 2018 - HADİSƏ

Samux rayonunda oğurluq hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, Samux rayon Polis şöbəsindən "Report"a verilən məlumata görə, rayonun Sərkar kənd sakini Elcan Natiq oğlu Əsgərov polisə ərizə ilə müraciət edərək evindən 5000 manat məbləğində pul oğurlandığını bildirib. Hadisə baş verən zaman evdə heç kim olmayıb. Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti