Ana səhifə
20 Yanvar 2018

Sabahın havası - Bakıda yağış, rayonlarda qar yağacaq

Azərbaycanda yanvarın 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Ucnoqta.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti təşkil edəcək. Rayonlarda yanvarın 2-də yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti təşkil edəcək. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Tarix
1 Yanvar 2018 [13:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ