Ölkəyə avtomobil gətirənlərin nəzərinə! - Gömrük rüsumu artdı

11:20 - 1 Yanvar 2018 - AVTO

Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən bu gündən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb.

 

“Qafqazinfo” xəbər verir ki, yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr arası olan təzə minik avtomobilləri üçün rüsum hər kubsantimetrinə görə 0,70 dollar, istismar olunmuş avtomobillər üçün isə 1,2 dollar olacaq.

Bundan öncə isə bu rüsumlar müvafiq olaraq 0,40 və 0,70 dollar idi.

1000-1500 kubsantimetr arası olan avtomobillər üçün isə rüsum dəyişməyib. Bu kateqoriyalarda olan təzə minik avtomobilləri üçün 0,40 dollar, işlənmiş avtomobillər üçün isə 0,70 dollar sabit qalıb.

Xəbər xətti