Ana səhifə
19 Sentyabr 2018

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Ermənistanla "məzələndi"

Ermənistanın paytaxtı İrəvanda səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax rəsmi şam yeməyi vaxtı əməlli-başlı sayıqlayıb. Ucnoqta.az-ın sportnet.az-a istinadən verdiyi məlumatına görə, Bax Ermənistanı idman sarıdan tarix və mədəniyyətin bir hissəsi olduğu ən qədim ölkələrdən biri kimi qələmə verib.

O, bir az da irəli gedərək, Yunanıstanda eramızdan əvvəl 776-cı ildə keçirilmiş ilk Olimpiya Oyunlarında erməni kralların da iştirak etdiklərini bildirib. Bax iddia edib ki, Yunanıstanda ilk olimpiyaçılar Ermənistanın gələcək kralları olublar. İOC rəhbəri hətta ad da çəkib və həmin olimpiya çempionlarının əks olunduğu şərəf lövhəsinin Yunanıstanda nümayiş etdirildiyini bildirib.

 

Bax Ermənistanın 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı 1 gümüş, 2 bürünc medalı da yüksək nailiyyət hesab edib. O tam ciddi formada bildirib ki, bu qədər medal ölkədə idmana verilən qiymətin və diqqətin nəticəsidir. İOC rəhbəri belə yüksək qayğıya görə təşəkkür borcundan da çıxıb.

Qeyd edək ki, Tomas Baxla yanaşı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də İrəvanda səfərdədirlər.

Tarix
9 Oktyabr 2014 [12:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin