Ana səhifə
26 Sentyabr 2018

Birinci xanım təqdimat gecəsində - FOTOLAR

Sentyabrın 28-də Afinada 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı olub.

 

Ucnoqta.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinadakı “Akropol” muzeyində keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Tədbirə Yunanıstan parlamentinin sədri, Baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Yunanıstandakı səfiri Rəhman Mustafayev də qatılıblar. Mərasim ilk Avropa Oyunlarına hazırlıqla bağlı filmin nümayişilə başlayıb. Filmdə Avropa Oyunlarının yaranma ideyası və indiyə qədər görülən işlər əksini tapır.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Daha sonra çıxış edən Yunanıstanın inzibati islahatlar naziri Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə əlaqələrindən danışıb, ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirib. O, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının uğurla baş tutacağına əminliyini vurğulayıb, Yunanıstanın bu işə dəstək olduğunu söyləyib.

Yunanıstanın mədəniyyət nazirinin müavini Angela Gerekoi isə ilk Avropa oyunlarının önəmindən danışıb: “Bu bütün qitənin həyatında mühüm tədbir olacaq”.

Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spirios Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu oyunlara hazırlığın yüksək səviyyədə getdiyini bildirib. Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin işlədiyini və bu işə Prezident İlham Əliyevin dəstək verdiyini vurğulayan Spirios Kapralos bütün Avropa kimi Yunanıstanın da bu oyunları həvəslə gözlədiyini qeyd edib.

Yunanıstanın Kanoe idmanı üzrə olimpiya çempionu Voula Kozumbalinin də çıxışından sonra səhnəyə Azərbaycanın incəsənət ustaları çıxıblar. Cazmen Elçin Şirinovun başçılıq etdiyi trio və balaban ustası Şirzad Fətəliyev qonaqlara milli musiqilərimizdən ibarət konsert proqramı təqdim ediblər.

 

Mənbə: mehriban-aliyeva.org

Tarix
29 Sentyabr 2014 [17:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin