ABŞ-da şaxtalı hava səbəbindən 7 nəfər ölüb

10:45 - 30 Dekabr 2017 - DÜNYA

ABŞ-ın şimal və şərq bölgəsində kəskin soyuqlar və donvurma nəticəsində azı 7 nəfər ölüb   APA-nın məlumatına görə, bu barədə “New York Times” qəzeti xəbər verib.   Məlumata görə, Çikaqo şəhəri yaxınlığında iki, Kanzas ştatında dörd, Cənubi Dakotada isə bir nəfər anomal soyuqların qurbanı olub. Bəzi ərazilərdə havanın temperaturu mənfi 17 dərəcəyədək düşüb.   Son günlər Miçiqan ştatında yolların buz bağlaması 30-dək ağır yol qəzasına səbəb olub. Son bir sutka ərzində ştatın bəzi bölgələrinə 15 sm-dək qar yağıb.   Milli Meteorologiya Xidməti gələn həftə ölkənin bir sıra bölgələrində qeyri-sabit hava şəraitinin davam edəcəyini proqnozlaşdırıb. Belə ki, dekabrın 31-də Nyu-Yorkda temperaturun mənfi 11,6- 17,8 dərəcəyədək düşəcəyi gözlənilir.

Xəbər xətti