Jirinovskinin Rusiya prezidentliyinə namizədliyi qeydə alınıb

23:25 - 29 Dekabr 2017 - DÜNYA

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Rusiya prezidentliyinə namizədliyiqeydə alınıb.
 

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Verilən məlumata görə, V.Jirinovskinin namizədliyini irəli sürmək üçün təqdim etdiyi sənədlərə dekabrın 29-da baxılıb və onun namizədliyini irəli sürmək üçün heç bir problem aşkarlanmayıb. Beləliklə də, V.Jirinovski Rusiya prezidentliyinə namizədliyini təqdim edən və namizədliyi təqdiqlənən ilk şəxs olub.
 

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Seçki kampaniyası dekabr ayında başlamalıdır.

Xəbər xətti